Super User

Super User

Cümə axşamı, 06 Oktyabr 2022 10:23

Gənc müəllimdən maraqlı addım...

Ən ali və şərəfli peşələrdən biri olan müəllimlərin bu gün peşə bayramıdır. İndi haqqında söhbət açacağımız Zaqatalalı gənc müəllim olduqca maraqlı vasitəylə, sosial şəbəkələdən üzərində açdığı kanalında yerləşdirdiyi video dərslərlə məktəblilərə daha maraqlı şəkildə ana dilinin incılərini aşılamağa çalışır. Gənc müəllim həmçinin, əmək fəaliyyətinə yenicə başlamış müəllimlərin faydalanmaları üçün təcrübəli peşəkar müəllimlədən maraqlı müsahibələr alaraq öz kanalına yerləşdirir. Elmin,texnikanın sürətlə inkişaf etdiyi indiki zamanda ömrünü gələcək nəslin təlim-tərbiyəsinə, təhsilinə həsr edən müəllimlərin məsuliyyəti birə-beş artıb. Telefon, kompüter, internet kimi müasir gəncliyin olmazsa-olmazına çevrilən texniki vasitələri yeniyetmə və gənclər üçün daha faydalı etmək məqsədilə müəllimlər də əlindən gələni edirlər. Qəhrəmanımız Sərxan Hacıyev kimi. Gənc müəllimin indi məqsədi tək bir fənn –Azərbaycan dili fənnini əhatə edən kiçik layihəsinin daha da genişlənərək, bütün fənnləri əhatə etməsidir. Arzusu isə ölkədəki bütün şagirdlər üçün daha faydalı işlərə imza atmaqdan ibarətdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin, Şəki- Zaqatala Regional Təhsil İdarəsinin rəsmiləri və təhsil işçiləri iştirak ediblər. Tədbirdə təhsil mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar və şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısından danışılıb.

Bir müddətdir ki, İsmayıllı rayonunda şəhərdaxili avtobusların fəaliyyətində ciddi problem yaranıb. Əksər avtobuslar yoxa çıxıb. Nəticədə rayon sakinləri istədikləri ünvanlara ya piyada gedir, ya da taksidən istifadə edirlər. Qaynar xəttimizə müraciət əsasında əmakdaşlarımız İsmayıllı rayonunda olub və bir ərşə çəkilən avtobusların aqibətini öyrənməyə çalışıblar. İsmayıllıda neçə müddətdir ki,dayanacaqlar sakinlərə, sakinlər isə avtobus üzünə həsrət qalıb. 2020-ci ildə rayona smart tipli müasir “ağıllı” avtobus dayanacaqları da quraşdırılıb. Ancaq bu dayanacaqlar da istifadə edilmir. Səbəbsə rayonda marşrut avtobuslarının işləməməsidir. Rayon ərazisində fəaliyyət göstərən marşrutların birdən-birə yoxa çıxması sakinlərin narazılığına səbəb olub. Əsasən də günəşli və yağışlı havalarda ictimai nəqliyyatın yoxluğundan əziyyət cəkən sakinlər getdikləri ünvana ya piyada getməli olurlar yada ki, taksiylə. Bu da onlara baha başa gəlir. Sakinlər deyir ki, avtobusla 30 qəpiyə getdikləri yolu indi taksilərlə 2 manata gedirlər. Yükləri çox olanda isə qiymət qalxır. Əvvəllər rayon ərazisində 5 marşrut avtobusu fəaliyyət göstərib. Hazırda isə aztutumlu bir sərnişin avtobusu sakinlərə xidmət göstərir ki, bu da onları qane etmir. Sakinlər məsələylə bağlı aidiyyatı qurumlara da dəfələrlə müraciət ediblər. Onlara nəqliyyat vasitələrinin istismara yararsız olduğu üçün xəttdən çıxarıldığı bildirilsə də üstündən aylar keçib. Ancaq hələ də avtobuslar təmirdən qayıtmayıb. Elə biz də yoxa çıxan və təmirə göndərilən avtobusların izinə düşərək onların ikisini rayon ərazisində fəaliyyət göstərən avtovağzalın həyətindən tapdıq. Hər ikisi yararsız vəziyyətdə təmir ediləcək günlərini gözləyirlər. İnterşum/Yarasız vəziyyətdə olan avtobuslar Məsələ ilə bağlı “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nə də müradciət etdik. Bildirildi ki, ... Belə görünür, İsmayıllı rayon sakinləri hələ uzun müddət şəhərdaxili avtobusların yoxluğundan əziyyət çəkəcək. Hər halda 55 mindən çox əhalisi olan şəhərdə iki marşrutun faəliyyəti ona əsas vermir ki, rayon sakinlərinin problemləri həll olunmuş hesab edilsin.

Çərşənbə, 05 Oktyabr 2022 10:31

Məktəb direktoru məktəbə buraxılmadı...

Son günlər təhsil müəssilərində baş verən xoşagəlməz hadisələr gündəmdədir. Təəsüf ki, belə hadisələrdən biri də Şəkinin Cəfərabad kənd orta məktəbində baş verib. Belə ki, müəllim və şagirdlər dərslərə qatılmayıb. Etirazçılar məktəbin direktorunun məktəbə girməsinə imkan verməyiblər. Cəfərabad kənd orta məktəbinin müəllimləri iddia edir ki, bir müddət öncə haqqında araşdırma başladılan Rahim Salamov təhvil-təslim prosesinin aparılmasına baxmayaraq hələ də direktor kimi fəaliyyətini davam etdirir. Bu isə məktəb kollektivinin kəskin etirazına səbəb olub və onlar dərslərə girməyə imtina ediblər. Hadisə yerinə gələn Elm və Təhsil nazirliyinin Şəki- Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları qaldırılan iddialarla bağlı araşdırmalara başlanıldığını bildiriblər. İddialar təsdiqini tapacağı təqdirdə məsələylə bağlı tədbir görüləcək. Xatırladaq ki, Cəfərabad kənd orta məktəbində 12 sinifdə 252 nəfər şagird təhsil alır və onlara 49 nəfər müəllim dərs deyir. Araşdırmanın nəticəsi ilə bağlı isə ictimaiyyətə əlavə məlumat veriləcək.

525 -dən səhifə 644

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S