Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə daha çox yağıntı Zaqatala və Balakən rayonlarında müşahidə olunub. Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsini basan sel suları yolda avtomobillərin hərəkətində problemlər yaradıb.
Yuxarı Çardaqlar, Muxax kəndlərinin ərazilərinə yağan leysan yağışları səbəbindən kənddaxili çaylarda, kanallarda sel yaranıb. Sel suları kəndlərdə bir sıra həyətyanı sahələri basıb, 10 -dan çox evin zirzəmisinə sel suları dolub.
Muxax kəndində bir evin hasarı uçub, bir-neçə ailənin isə ev quşlarını sel suları aparıb. Leysan yağışları səbəbindən rayonun Yuxarı Tala, Muxax, Yuxarı Çardaqlar və Car kəndlərinə elektrik enerjisinin verilməsində bir müddət vasilə yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində ərazilərə cəlb edilib, təmir-bərpa işləri aparır.
Leysan yağışları Zaqatalada fəsadlar törətdi
Published in
PREMYERA2