Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qədim tarixə malik sikkələri satmaq istəyən rayon sakini Bəhram Abdurahmanov saxlanılıb. Ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub.
Ekspertizaların da rəylərinə əsasən həmin predmetlərin VII əsrdə pul vahidi kimi istifadə edilən və Azərbaycanın milli mədəni irs siyahısına aid olan gümüş sikkələr olduğu müəyyən edilib. Götürülmüş sikkələr saxlanılması üçün aidiyyəti üzrə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.