Zaqatalada bir saat ərzində iki zəlzələ olub, əraziyə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri göndərilib
05.19.2012
3.50-3.10 maqnitudada olan təkanlar hiss edilib. Mayın 18-də yerli vaxtla saat 19.46-da Zaqataladan 15 kilometr cənubda 12 ballıq cədvəl üzrə 6,0 bal gücündə yeraltı təkan qeydə alınmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Zaqatalada, həmçinin ocağa yaxın məntəqələrdə 5,0 bal və 4,0 bal gücündə hiss olunmuşdur. İnsan tələfatı yoxdur. [...]
davamıMobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?
05.19.2012
Azərbaycanda mobil telefon bazarı genişlənir, ölkəyə gətirilən mobil telefon modellərinin sayı günü-gündən artır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti isə əhaliyə mobil telefon alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, mobil telefon bazarında çeşidin artması istehlakçıların bu sahədə hüquqları ilə bağlı məsələləri bir daha [...]
davamıBakıda dəhşətli avtobus qəzası: ölən var, yaralananların adları açıqlandı
05.19.2012
Bakının Səbail rayonu ərazisində ağır yol qəzası olub. Səbail Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, qəza 137 saylı sərnişin avtobusu Beynəlxalq Avtovağzaldan Binə ticarət mərkəzinə gedərkən baş verib. Avtobus dayanacaqda olan zaman “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək ona çırpılıb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib. Bu gün saat 09:30 radələrində Bakı şəhəri Bayıl qəsəbəsi Bibiheybət [...]
davamıAzərbaycanlı Emin Ukraynanı lərzəyə gətirdi – VİDEO
05.19.2012
Ukraynanın STB telekanalındakı “Ukraina mae talant” (Ukraynanın istedadları var”) teleşou-müsabiqəsində azərbaycanlı gənc milyonların sevgisini qazanıb. Milli.Az bildirir ki, Dnepropetrovsk şəhərində yaşayan Emin ixtisasca həkimdir. Dnepropetrovsk Tibb Universitetinin cərrahlıq fakültəsini başa vuran Emini çalışdığı xəstəxanadakı pasiyentlər də çox sevir, onun peşəkarlıq və şəfqətinə sayğı bəsləyirlər. “Ukraina mae talant”ın ilk seçiminə qatılandan sonra onu Ukraynada artıq “azərbaycanlı [...]
davamıUill Smit jurnalisti şapalaqladı – VİDEO
05.19.2012
“Qara paltarlı adamlar” filminin Moskvadakı premyerası qalmaqallı olub. Filmdə baş rollardan birini oynayan aktyor, Hollivud ulduzu Uill Smit onu qırmızı xalıda qucaqlayıb öpən jurnalistlərdən birinin həyasızlığına sinirlənib və onu şapalaqlayıb. Milli.Az “HipHollywood”a istinadən bildirir ki, Moskvadakı “Oktyabr” kinoteatrının qarşısında Uill Smitə reportyorlar “hücum” çəkmişdilər. Coş Brolin və rejissor Barri Zonenfeldin müşayiət etdiyi Smit avtoqraflar verib, [...]
davamıŞəkidə zəlzələ olub
05.18.2012
Şəkidə 4 bal gücündə zəlzələ olub. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün saat 15:04-də Şəkidən 6 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, Şəki şəhərində və episentrə yaxın yaşayış məntəqələrində 3 bal hiss olunub. Zəlzələ zamanı insan tələfatı olmayıb.
davamı




